Logo

Qatarların pik saatlarda Depoya getmə səbəbləri

Qatarların pik saatlarda Depoya getmə səbəbləri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Metropoliteni rəsmisi sərnişinləri narahat edən iki vacib məsələyə aydılıq gətirib.

Sfera.az xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev əsasən sərnişinləri maraqlandıran, pik saatlarda qatarların Depoya getməsi və "İçərişəhər” istiqamətində qatarların ardıcıl gəlməsi barədə açıqlama verib.

ASC rəsmisinin sözlərinə görə, axşam vaxtı qatarların Depoya getməsinin 3 planlaşdırılmış səbəbi var:

"A) Depo istiqamətində "Bakmil" stansiyası var və ora da sərnişinlər gedib-gəlir. B) Texniki təlimata əsasən xətdə istifadədə olan qatarlar müəyyən məsafə qət etdikdən sonra mütləq baxış üçün Depoya getməlidir. C) Pik saatlarda xətdə 30 cüt qatardan istifadə olunursa, ilk saatlarda 24 cüt qatardan istifadə olunur. Yəni pik saatlarda xətdə istifadə olunan qatarlar qeyri-pik saatlarda xətdən çıxarılaraq Depoya göndərilməlidir.

Bu 3 səbəbdən Depo istiqamətinə 63 qatar gedir.

Qeyd edək ki, bu, iş günləri üçün nəzərdə tutulan qrafikdir. Təbii ki, xətdə hərəkət zamanı nasaz olan qatarın Depoya göndərilməsi halları da mövcuddur”.

N.Paşayev niyə dalbadal "İçərişəhər" qatarının gəlməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, "Həzi Aslanov” stansiyasından üzü "28 May” stansiyası istiqamətinə dalbadal həm "İçərişəhər", həm də "Dərnəgül" qatarları hərəkət edir. Çünki qrafik belə nəzərdə tutulub. Səbəbi isə belədir:

"Sualınıza misallarla aydınlıq gətirək. Məsələn, səhər 07:44 dəqiqədə "Həzi Aslanov" stansiyasında 9 saylı marşrut üzrə hərəkət edən qatar "İçərişəhər"ə istiqamət götürür. Onun ardınca növbəti qatar 07:48-də yenə "İçərişəhər" istiqamətinə hərəkət edən 7 saylı marşrutdur. Hər iki qatar "Neftçilər" stansiyasına qədər dalbadal gəlir. 07:53-də isə bu iki qatarın arasına 38 saylı marşrut üzrə hərəkət edən "Dərnəgül" qatarı girir. Burada məqsəd sadədir. Pik saatda "Həzi Aslanov"dan "Neftçilər"ə qədər sərnişinlər çox olduğu üçün qatarlar dolur və növbəti stansiyada gözləyən sərnişinlər üçün "Neftçilər" stansiyasının dalanından 07:53, 08:25, 08:57-də "Dərnəgül" istiqamətinə qatarlar buraxılır. Eyni zamanda 07:58 və 08:02 dəqiqədə "Həzi Aslanov" stansiyasından iki "Dərnəgül" qatarı çıxır. 08:18 dəqiqədə isə bu iki qatarın arasına "Bakmil" stansiyasından gələn "İçərişəhər" qatarı girir. Göründüyü kimi, "28 May" stansiyasından hər zaman 1 qatar "İçərişəhər"ə, biri isə "Dərnəgül"ə hərəkət edir. Sübh tezdən və gecə saatlarında istisnalar ola bilər.

Qeyd edək ki, hər iki suala cavabımızda söhbət tərtib olunmuş qrafikdən gedir. Yəni xətdə baş vermiş nasazlıq və digər səbəblərdən istisnalar mümkündür”.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR