Logo

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat  18:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 41-ci  kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayonu Böyük Dəhnə kənd sakini, 1992-ci il təvəllüdlü Azər Mirzahir oğlu Məmmədov idarə etdiyi “VAZ 2101” markalı 45 BC 961 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyada, Şəki rayonu Cəfərabad kənd sakini, 1992-ci il təvəllüdlü Şahmar Şəhriyar oğlu Mehdiyevi vurub. 23 yaşlı Şahmar Mehdiyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR