“Evimin qapısına dinamit qoyublar...” - Ağalarov

“Evimin qapısına dinamit qoyublar...” -  Ağalarov

Bu gün azərbaycanlı milyarder Araz Ağalarovun 60 illik yubileyidir. “Moskovskiy komsomolets” qəzeti onunla geniş müsahibə dərc edib.

Sfera.az virtualaz.org saytına istinadən xəbər verir ki, iş adamı müsahibədə özünün həyat yolu, biznesə necə başlaması və necə varlanması barədə danışıb.

Araz Ağalarov deyib ki, Rusiyada banditizmin və reketin tüğyan etdiyi 90-cı illərdə digər biznesmenlər kimi onun da kriminal elementlərlə qarşılaşdığı hallar olub.

“90-cı illərin əvvəllərində mənim bir çox adamlarla şəxsi münaqişələrim, “raborka”larım, görüşlərim olub. Ancaq biz o vaxt heç kimlə sövdələşməyə girmədik. Və heç vaxt “krışamız” olmayıb. Sual yarana bilər ki, “krışasız” mən bizneslə necə məşğul olmuşam və kriminal avtoritetlərlə anlaşmadan işlərimi necə yoluna qoymuşam.

Mən elə adamam ki, təzyiq altında bir rubl verməklə təzyiq altında həyatımı qurban vermək təxminən eyni şeydir. O zaman banditlər belə adamı nəylə hədələyə bilərlər? Fiziki divan tutmaqla? Axı onlar məni öldürsələr, heç nə ala bilməyəcəklər! Yəni mən onlara sağ lazımam!” - deyə A.Ağalarov bildirib.

A.Ağalarov deyib ki, onun başıma bir neçə dəfə buna bənzər epizodlar gəlib. Bir neçə dəfə iş adamının yaşadığı evin blokunun girişini partladıblar. Özünü və ailəsini öldürməklə təhdid ediblər:

“Hətta dinamiti liftə və birbaşa mənzilin qapısına qoymuşdular. Hər dəfə mən əvvəlcədən təhlükəni hiss edib ailəmi təhlükəsiz yerə göndərmişəm və evdə tək qalmışam. Və banditlər mənə heç nə edə bilməyiblər”.

İş adamı deyib ki, onun biznesdə “yüksək liqaya” qalxması 1998-ci ildə Rusiyada baş vermiş defolt və iqtisadi böhran nəticəsində baş tutub. O vaxt yaratdığı “Crocus” şirkəti sərgi biznesində irəliləyib və biznesin digər sahələrində də uğur qazanıb.


OXŞAR XƏBƏRLƏR

Qəbələdə evə silahlı hücum oldu - YENİLƏNDİ

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Qəbələ rayon prokurorluğundan Sfera.az-a verilən məlu...

"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.   Sfera.az-ın&...

COP29 müddətində metronun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.   Sfera.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin r...

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...