Logo

Xarabaya çevrilən qəbiristanlıq... - VİDEO

Xarabaya çevrilən qəbiristanlıq... - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabunçu rayonu, “Zabrat 2” qəsəbəsindəki bəzi qəbirlərin ətrafı zir-zibillə dolub, bəzilərini isə yabanı otlar və qamışlar basıb.

Sfera.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, ilk görünüşdən qorxu filmlərindəki xarabalığa bənzəsə də, əslində bura qəbirstanlıqdır. Ancaq gördüyünüz kimi burda qəbiristanlıqdan nə əsər var, nədə əlamət...

Buranın bu vəziyyətdə olmasının səbəbi isə baxımsızlıqdır.

Bu qəbiristanlıqda məzarların əksəriyyəti sahibsiz vəziyyətdədir.

Bu qəbiristanlığın adı kimsəsizlər qəbirstanlığı olmasada, ancaq görüntü bunun tam əksini sübut edir. Məzarlıqda yerləşən qəbir daşları yabanı otların və qamışların altında qalıb. Qəbir daşlarının heç özünü belə normal görmək mümkün deyil. Qəbir daşlarıda məzarlığın özü kimi baxımsızdır.

Qəbirlərin əksəriyyəti isə dağıdılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR