“General Məmmədovun sifarişi ilə 10 aydır həbsdəyəm…”

“General Məmmədovun sifarişi ilə 10 aydır həbsdəyəm…”
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib.

Hazırlıq iclasında zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirildi.

Zərərçəkmiş Sənubər Miriyeva (ad şərtidir-red.) məhkəmədən təhlükəsizliyinin təmin olunmasını xahiş etdi: “Xahiş edirəm, Faiq Azayev də həbs olunsun. Çünki çox qorxuram. Məni küçə söyüşləri ilə söyür, təhqir edir. Məhkəmədən təhlükəsizliyimin təmin olunmasını istəyirəm”.

Zərərçəkmişin bu xahişi tərəflər arasında qalmaqala səbəb oldu. Təqsirləndirilən Fərid Azayev yerindən replika verdi: “Bu işdə zərərçəkən mənəm. General Cavanşir Məmmədov (DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Cavanşir Məmmədovu nəzərdə tutur-red.) 10 aydır ki, məni burada yatızdırır. Cavanşir Məmmədovun və onun oğlunun sifarişi ilə həbs olunmuşam. Gürcüstan mafiyasının 6 üzvü yığışıb bu işi qurub. Bu qız hamısını yalan danışır. Vəsatət qaldıracam, general Cavanşir Məmmədov da məhkəməyə gəlsin. Mən polis əməkdaşı olmuşam. Mənə şər atdığına görə Sənubər Miriyevanın (ad şərtidir-red.) məsuliyyətə cəlb olunmasını xahiş edirəm”.
116536
Hakim Ramella Allahverdiyeva tərəfləri sakitləşdirib işin hərtərəfli araşdırılacağını bildirdi.

116536 src “General Məmmədovun sifarişi ilə 10 aydır həbsdəyəm...”

Qeyd edək ki, Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Səbayel Rayon Məhkəməsinin 16 yanvar, 2015-ci il tarixli qərarı ilə Fərid Azayev barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Faiq Azayev barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2014-cü il, dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan S.M. və Ş.B.-ni oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

Xatırladaq ki, Azayev qardaşlarının adı 3 il öncə müğənni Rəqsanə İsmayılova ilə məhkəmə çəkişmələri ilə də gündəmə gəlmişdi.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.   Sfera.az-ın&...

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.   Sfera.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin r...

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı "Depozit lotereyası" davam edir. Şərtlərə ə...