Bakıda evlərin yeni qiymətləri

Bakıda evlərin yeni qiymətləri
Mənzil bazarındakı vəziyyəti öyrənmək üçün musavat.com-un əməkdaşı şəhərin müxtəlif yerlərində mənzil alqı-satqısı ilə məşğul olan obyektlərdə olub.

Manatın devalvasiyasından sonra qida məhsullarının qiymətində artım müşahidə olunsa da, daşınmaz əmlak və eləcə də avtomobil bazarında müştəri qıtlığı üzündən qiymətlər kəskin şəkildə enib. Bakıda yerləşən üzərinə "Ev alqı-satqısı" yazılan obyektlərdə çalışan şəxslərlə söhbətimiz zamanı onlar bildirdilər ki, əhali gözləmə mövqeyindədir. Bu isə evlərin qiymətinə təsirsiz ötüşmür.

Metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən "Maklerlər bağı" kimi tanınan ərazidə, boyunlarına ev satışı ilə bağlı elanlar asan satıcılara rast gəlsək də, alıcı yoxdur. Elə orada Rəhman adlı maklerlə söhbətimiz zamanı o bildirdi ki, fevral ayından sonra mənzil bazarında qiymətlər nəzərə çarpacaq dərəcədə enib: "Qiymətlərdə 15-20 min manat enmə var. Məsələn, əvvəl bir otaqlı mənzili 65 minə satırdıqsa, indi 42 minə də tapmaq olar. Eləcə də, çoxotaqlı mənzillərin də qiymətində azalma var. Kirayə bazarında da zəiflikdir. Bakıda harada ev kirayə verilir, satılırsa, məlumatım olur. Avqust ayı ilə müqayisədə indi kirayə mənzil bazarında qiymətlər30-50 manat aşağı düşüb. Tikintidə işləyənlərin işdən çıxarılması, bir çox obyektlərin bağlanması nəticəsində rayondan bura işləməyə gələnlərin sayının azalması kirayə mənzil bazarın çökdürüb.

İndi daha çox gənc ailələr kirayə mənzil axtarırlar. Bir də tələbələr... O da ki, təklif çox, tələb yox... Ona görə də qiymətlər enir".

Tələbatın azalması həm də satıcıların güzəşt mövqeyində olmasına səbəb olur ki, bu da qiymətlərə alıcının xeyrinə təsir edir. Eksperlər hesab edirlər ki, hazırda manatın məzənnəsinin stabil olmaması və növbəti aylarda dollara nisbətdə ucuzlaşmasının gözlənilməsi evlərin də qiymətinə təsir edəcək. Nəticə etibarı ilə mənzil bazarında qiymətlər indikindən də xeyli aşağı düşərək, 1990-cı illərin sonunda bazardakı rəqəmlərə qədər gedib çıxa bilər.

Musavat.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli isə mövzu ilə bağlı bunları söylədi: "Bazarda qiymətin enməsi hələ davamlı olacaq. Dollar ilə qiymətlər daha sürətlə enəcək. Yaxın illərdə qiymətlərin qalxması gözlənilmir. Çünki ölkədə iqtisadi aktivlik, gəlirlər, iş yerləri, Rusiyadan gələn vəsait də getikcə azalacaq ki, bu da daşınmaz əmlak bazarındakı qiymətlərə öz təsirini göstərəcək".

OXŞAR XƏBƏRLƏR

Qəbələdə evə silahlı hücum oldu - YENİLƏNDİ

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Qəbələ rayon prokurorluğundan Sfera.az-a verilən məlu...

"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.   Sfera.az-ın&...

COP29 müddətində metronun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.   Sfera.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin r...

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...