Məktəbdən şagirdlərin bıçaqlaşmasına - Münasibət
08:38
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə 151 saylı orta məktəbdə qeydə alınıb.
Azərbaycan dili bölməsinin 8-ci sinfində oxuyan 2001-ci il təvəllüdlü Əliyev Fərid Elnur oğlu Rus dili bölməsinin eyni sinif şagirdi ilə mübahisə edib. Nəticədə F.Əliyev 2 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları 151 saylı orta məktəbə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
151 nömrəli tam orta məktəb bu təhsil ocağında təhsil alan şagirdlər arasında baş vermiş bıçaqlanma hadisəsinə münasibət bildirib.
Məktəbdən verilən məlumatda qeyd edilir ki, məktəbin 8-ci sinif şagirdləri Əliyev Fərid və Bədirov Əli arasında olan insident məktəbdən kənarda olub. Hadisə oktyabrın 9-da axşam saat 19:00 radələrində Nərimanov rayonunda idman məşqindən qayıdarkən onların aralarında yaranmış mübahisə zəminində baş verib. Ətrafda olan şəxslərin köməyi ilə xəsarət alan uşaq xəstəxanaya aparılıb, ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, uşağın aldığı xəsarət ciddi deyil.
"Qeyd olunan şagirdlər məktəbdaxili nizam–intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirdlərdir", - deyə, məktəbin açıqlamasında bildirilib.
Qeyd edək ki, həmin məktəbin Azərbaycan dili bölməsinin 8-ci sinfində oxuyan 2001-ci il təvəllüdlü Əliyev Fərid Elnur oğlu Rus dili bölməsinin eyni sinif şagirdi ilə mübahisə edib. Nəticədə F.Əliyev 2 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Sfera.az






