Logo

Komitə ASC-ləri satışa çıxarır

Komitə ASC-ləri satışa çıxarır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil edəcəyi növbəti hərracda 21 səhmdar cəmiyyət özəlləşdirməyə təqdim ediləcək.

Sfera.az xəbər verir ki, 7 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə ayın ilk hərracı keçiriləcək. Bu dəfə hərraca 76 kiçik dövlət müəssisə və obyekti, 55 istifadəsiz qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi çıxarılacaq.

Bu dəfəki hərracda ən çox diqqəti çəkən səhmdar cəmiyyətləridir ki, bu da investorların marağına səbəb olacaq. Belə ki, hərracda "Sabirabad Mexanikləşdirmə”, "Zaqatala Fındıq”, "Anar ”, "Salyan Kəndkimya", "Xəzər Avtonəqliyyat”, "Lənkəran Mebel" və digər bu kimi bir çox səhmdar cəmiyyəti özəlləşdirməyə təqdim ediləcək.

Hərracda ən diqqət çəkən məqam isə investorların marağına səbəb olan "Boradigah Çay-2" Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılmasıdır.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR