“Azəravtoyol” müraciət yaydı: Yollarda təmir işləri...
Azəravtoyol ASC kommunikasiya xətlərinin çəkilişi ilə bağlı rəsmi müraciət yayıb.
Qurumdan Sfera.az-a verilən məlumata görə, yollar, küçə və prospektlər yenidən qurulan zaman, hətta təmir işləri aparılmamışdan əvvəl yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur.
Bildirilib ki, əgər işlərin aparıldığı yollarda həmin qurumların dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa, bu işlər aparılır. Əgər sözügedən qurumlar orada hər hansı bir işin aparılmasının zərurəti olmadığı barədə Azəravtoyol ASC-yə məlumat verirlərsə, o zaman təmir işlərinə başlanılır.
İstənilən halda, əgər təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı problem yaşanırsa, bunun məsuliyyəti birbaşa olaraq həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür.
Sfera.az






