Logo

Azərbaycandan Türkiyə-Rusiya açıqlaması

Azərbaycandan Türkiyə-Rusiya açıqlaması
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı bu qarşıdurmanın region ölkələrinə mənfi təsir etməyəcəyinə ümid edir.

Türkiyə və Rusiya arasında qarşıdurma Azərbaycanı narahat edir. ANS PRESS-in

məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, rəsmi Bakı bu qarşıdurmanın region ölkələrinə mənfi təsir etməyəcəyinə

ümid edir.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bundan əvvəl Türkiyə və Rusiya xarici işlər nazirləri 

ilə region ölkələri arasında münasibətlərə zərər vurmaması üçün gərginliyin azaldılması məqsədilə danışıqlar aparıb.
"Bizim Türkiyə ilə strateji tərəfdaşlığımız var və Rusiya illə də sıx münasibətləri saxlayırıq. 

Bununla əlaqədar olaraq, biz məsələnin həlli üçün maksimum səy göstərməyi təklif edirik",

- deyə Elmar Məmmədyarov bildirib.
Azərbaycandan Türkiyə-Rusiya açıqlaması
Elmar Məmmədyarov - Azərbaycan xarici işlər naziri

Ötən ilin noyabr ayında prezident İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu

ilə görüşdə bəyan etmişdi ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin

azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.
"Azərbaycan Türkiyə və Rusiya ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və 

narahatlıq hissi keçirir", - deyə İlham Əliyev bildirib.
Azərbaycandan Türkiyə-Rusiya açıqlaması
İlham Əliyev və Mövlud Çavuşoğlu

Xatırladaq ki, 2015-ci ilin noyabrın 24-də Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus 

SU-24 bombardmançı təyyarə Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulub. Ankara 

Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu iddia edir. Rusiya tərəfi isə

Türkiyənin hava məkanını pozulması faktını inkar edir və insidenti təcavüz aktı kimi qiymətləndirib.
İnsident iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR