Logo

“Başak-İnam” şirkətinin lisenziyası ləğv edildi

“Başak-İnam” şirkətinin lisenziyası ləğv edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının bugünkü qərarı ilə "Başak-İnam Sığorta Şirkəti" ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.

MBNP-dan Sfera.az-a verilən məlumata görə, Palata tərəfindən qeyd olunan qərar "Başak-İnam" sığorta şirkətinin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.

Lisenziyası ləğv olunmuş "Başak-İnam" sığorta şirkətinə MBNP tərəfindən müvəqqəti inzibatçısı təyin edilib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR