Bakıda 30 yaxın məktəbin direktoru işdən uzaqlaşdırılıb
Kateqoriya məlum deyil
Bakı məktəblərinə yeni təyin olunan direktorların sayı açıqlanıb.
Sfera.az-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, direktorların fəaliyyəti yoxlanılır və layiq olmayanlar vəzifədən kənarlaşdırılır. O deyib ki, bundan sonra da məktəblərin idarəçiliyi idarənin diqqət mərkəzində olacaq:
"Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır. Bu tədris ilində 30-a yaxın məktəbə yeni direktor təyin olunub. Həmin məktəblərin rəhbərləri yaş həddi ilə əlaqədar, eləcə də fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozduqları üçün işdən uzaqlaşdırılıb".
Sfera.az






