Bu rayonlarda su olmayacaq
Kateqoriya məlum deyil
Paytaxtın bir sıra ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Azərsu ASC-dən Sfera.az-a veriln məlumata görə, Bakı şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.
Bununla əlaqədar oktyabrın 6-da gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.
Sfera.az






