Yardımlı yolu təmizləndi
Kateqoriya məlum deyil
Cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində Masallı-Yardımlı avtomobil yolunda yaranmış problem aradan qaldırılıb.
"Azəravtoyol” ASC-dən Sfera.az-a verilən məlumata görə, yağıntı səbəbilə Masallı rayonunda dağ yamaclarında baş vermiş sürüşmə nəticəsində axan torpaq və bitki qatı Masallı-Yardımlı avtomobil yolunun 17, 19, 21, 24 və 29-cu km-lərində yolun hərəkət hissəsinə tökülüb. Nəticədə yolda hərəkətdə müəyyən çətinliklər yaranıb.
Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub. Qısa müddət ərzində yol torpaq və bitki qatından təmizlənib və avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Sfera.az






