Əmlakları əllərindən alınanlar prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdilər
Sfera.az xəbər verir ki, Vətəninfo.az-a Bərdə rayon Mehdili kənd sakini Sadıqov Həsən Cümşüd oğlu və Ağcabədi rayonunda anadan olmuş,Bakı şəhəri Şərifzadə küçəsi 79,mənzil 32 ünvanda yaşayan Salmanzadə Şahin Səfər oğlu tərəfindən müraciət daxil olub. Həsən Sadıqov və Şahin Salmanzadə saytımız vasitəsi ilə Azərbaycan Respublikasının prezideneti cənab İlham Əliyevə,Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya,Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab general-polkovnik Ramil Usubova,Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova müraciətlərinin yayılmasın xahiş ediblər.
Bizdə redaksiya olaraq müraciəti olduğu kimi yayımlayırıq.
Azərbaycan Respublikasının prezideneti cənab İlham Əliyevə,Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya,Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab general-polkovnik Ramil Usubova,Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova Bərdə rayon Mehdili kənd sakini Sadıqov Həsən Cümşüd olu və Ağcabədi rayonunda anadan olmuş,Bakı şəhəri Şərifzadə küçəsi 79,mənzil 32 ünvanda yaşayan Salmanzadə Şahin Səfər oğlu tərəfindən müraciət
Müraciət
Hörmətli cənab Prezident!
Biz Sadıqov Həsən Cümşüd oğlu və Salmanzadə Şahin Səfər oğlu 25 ildən yuxardır ki,həm yaxın dost,eyni zamanda da birlikdə biznes fəaliyyəti ilə məşğul olmuşuq. 2008-ci ildə Bakı şəhəri Nərimanov rayon Azadlıq prospekti 146 ünvanda binanın zirzəmisində 2000.0 kv.m ümumi,194,8 kv.m əsas,52,2 kv.m köməkçi sahəsindən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə bütün qanuni dövlət ödənişləri həyata keçirilərək № 0131853 seriyalı ,reyestr nömrəsi 007011000133-05101-083004,qeydeyyat nömrəsi 1108024233 olan çıxarışla 22.04.2008-ci ildə Salmanzadə Şahinin adına alaraq həmin daşınmaz əmlak sahibi olduq. Bir müddət sonra Şahin Salmanzadə aldığımız əmlakı 1 milyon manata almaq istəyən müştəri olduğunu bildirsə də Həsən Sadıqov əmlakın satılmasını istəmədiyindən əmlakı satmadıq.
Hörmətli cənab prezident!
Sonradan Həsən Sadıqov Bərdə rayonundan olan həmkəndlisi, sələmçi Vahid Rzayevlə rayonda görüşərək ondan müəyyən miqdarda borca pul lazım olduğunu bildirir.. Vahid Rzayev də özündə bizə lazım olan miqdarda vəsaitin olmadığını, amma bizə kömək edəcək birin tanıdığını bildirirb.Bakıya qayıtdıqdan sonra bildik ki,bizə kömək edəcək dedikləri şəxs Azərbaycan Respublikası prezidentin sabiq köməkçisi, hazırda Prezident Administrasiyasında yüksək vəzifə tutan Tariyel Ağayev qayını oğlu, "DekaBank”ın o dövürdə rəhbəri olan Niyazi Vəliyevdi. Bu hadisə 2010-cu ildə baş verib.Niyazi Vəliyevlə Hsən Sadıqov görüşdü və ondan müəyyən miqdarda pul lazım olduğun bildirdi.O da Həsən Sadıqova rəbərlik etdiyi bankdan kredit şəkilində pul verə bilməyəcəyini deyib,amma banksız pul verə biləcəyini bildirb.Nərimanov rayonunda "Gənclik” tərəfdə yerləşən "Qızıl gül”kafesində Həsən Sadıqovla görüşən Niyazi Vəliyev heç bir səndləşmə aparmadan ilkin olaraq 450 min manat, on gündən sonra isə 150 min manat pul verdi. Onu da qeyd edək ki, Niyazi Vəliyev bildirdi ki ümumilikdə 6 yüz min manatın vaizi 60 min manat edir ki,bu 60 min manat nağdı verilməlidir.Həsən Sadıqovda ona sonuncu dəfə verilən 150 min manatdan 60 min manat faiz olaraq Niyazi Vəliyevə qaytarıb verib.
Hörmətli cənab Prezident!
Həsən Sadıqova verilən vəsaitlə müəyyən işlər gördük.İkimizin şərikli biznesimiz Rusiyanın Sank-Peterburq şəhərində olduğundan Həsən işləri qaydasına qoymaq üçün Sank-Peterburq şəhərinə gedəsi oldu.Bir müddət sonra Şahin Salmanzadə də Sank-Peterburqa gələrək orda mövcud olan işlərlə məşğul oldu və işləri qaydasına saldıqdan sonra Bakıya qayıtdı.Bakıya qayıtdıqda aldığımız obyektə gələndə görüb ki, obyektə başqa adamlar var.Soruşun ki,nə məsələdi, siz kimsiniz?
Həmin şəxslər də qayıdıb deyiblər ki, bu obyekti alıblar. Şahin Salmanzadə bu obyektin onlara məxsus olduğun bildirsə də,həm şəxslər də obyektin onlara məxsus olması ilə bağlı sənədlər çıxardıb göstəriblər.Bu hadisədən sonra Şahin Salmanzadə Həsən Sadıqova telfon edərək onlara məxsus əmlaklarının başqasına satıldığını bildirir.Bundan sonra biz baş verən bu qanunsuzluğu araşdırdıqda məlum oldu ki, başda Bərdə rayon sakini sələmçi, Rzayev Vahid olmaqla, "DekaBank”ın sabiq rəhbəri Niyazi Vəliyev,eyni zamanda 32 saylı Dövlət Notariat Kontorunun rəhbəri Ziyafət(soy adın bilmirik) ,24 saylı Notariat kontorun rəhbəri Zərifə Fərəcova , Yasamal rayonunda yerləşən 53 saylı Notariatın rəhbəri Əli Hüseynov əlbir olaraq bir günün içərisində sənədləri saxtalaşdırmaqla bizə məxsus əmlakı ilkin olaraq üç adamın adına alqı-satqı ediblər.Bundan sonra isə etdikləri bu saxtakarlıq və cinayət hərəkətləri ilə Dövlət Əmlak Komitəsindən saxtalaşdırdıqları sənədlər əsasında çıxarış alıblar.
Hörmətli cənab Prezident!
Bundan sonra isə bu saxta əməlləri nəticəsində əldə etdikləri qeyri-qanuni çıxarışla bizə məxsus olan əmlakı Fövlqaladə Hallar naziri cənab Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərova satıblar. Biz hörmətli Səməd Heydərovla görüşdük və o bunu eşidən də bərk əsəbləşdi və Əli Hüseynov ilə Ziyafəti yanına çağırdı.Əli Hüseynov onunla görüşə gəlsə də Ziyafət gözə görünmədi.Sonradan eşitdik ki,Ziyafət Səməd müəllmlə görüşüb.Min dona girərək bu qanunsuzluğu ört-bassır etməyə çalışıb. Biz sonralar Səməd müəllimlə görüşə bilmədik. Bundan sonra cənab prezidnet sizin ünvaınıza,eyni zamnada,ölkəmizin 1-ci vitse-prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,Heydər Əliyev Fondunun prezidneti Mehriban xanım Əliyevaya,Dxili İşlər naziricənab Ramil Usubova,Respublikanın Baş prokroru cənab Zakir Qaralova yazılı müraciət etdik.
Hörmətli cənab Prezident!
Bu müraciətimizdən sonra, yuxarıda adlarını sadaladıımız şəxslər rəsmi qaydada çağrılaraq ifadələri alındı və istintaq başladı. Biz mülkü qaydada məhkəməyə müraziət etdikdə isə Niyazi Vəliyev digər saxtakarlıq əməllərinə görə həbs edildi. Biz bir neçə dəfə Niyazi Vəliyevlə görüşdük.Hətta o həbs olunmadan öncə də onunla görüşüşdük.O bu görüşdə bildirdi ki, bizə məxsuz əmlak satıldıqdan sonra pulu Azərbaycan Respublikası prezidentin sabiq köməkçisi, hazırda Prezident Administrasiyasında yüksək vəzifə tutan qohumu Tariyel Ağayevə verib.Onunla olan söhbətin səs yazısı belə vardı.Hətta o pulu qaytaracağını da bildirdi və ilkin olaraq 50 min manat,ondan sonra isə Nizami rayon ərazisində qiyməti o dövürdə 100 min manat olan iki otaqlı mənzildə verdi.Biz o mənzili onun dediyi kimi 100 min manata sata bilməsək də 70 minə zorla satdıq. Hətta bir dəfə Taryel Ağayev Bərdə də olanda Həsən Sadıqovun atası Hacı Gümşüd onunla görüşdü və ona vəziyəti izah etdi.O da qayıdıb ki,bütün bu əməllərin başında Niyazi Vəliyev dayanıb və gedin Niyazi Vəliyevdən haqqınızı tələb edib. Biz Həsənin həmkəndlisi Vahid Rzayevlə də dəfələrlə görüşmüşük və bildirmişik ki,bu məsələləri o bilirdi və bildiyi halda bizi xəbərdar etməyib. Vahd Rzayev isə bizimlə söhbətində bildirdi ki,siz bilmirsiniz kimə tuş gəlmisiniz, bu məsələnin üstünə çox getsəniz ailəniz,uşağınız təhlükədə olacaq Həsən Sadıqovun atasının maşınına herayin belə qoyularaq əlli-ayaqlı gedəcək, Şahin Salmanzadənin isə oğlunun başına min oyun gələcək.Vahid Rzayevin belə bir təhdidlərindən sonra,Şahin salmanzadə məcburən oğlumu ölkədən çıxardıb Amerikaya göndərib.Həsən illərlə Azərbaycana gələ bilmədi.Hətta Bakıdan Sank-Peterburqa bir dəstə ən ağır cinayətlərdə iştirak etmiş adamlar gedərək Həsəndən hədə-qorxu ilə 4 yüz min manat alıblar.Onlar Həsənə bildiriblər ki,onlar bura birbaşa Taryel Ağayevin adı ilə gəliblər.
Cənab Prezident!
Sizə səmimi yazara bəyan edirik ki,Bakıda,Sank-Peterburqda hər ikimizə məxsuz əmlak qalmadı ki,satmayaq,artıq heç bir şeyimiz qalmayıb.Bizim başqa çarəmiz yoxdu.Biz mətbuat vasitəsi ilə sizə müraciət edərk bizə kömək edilməsini,qanunla bizə məxsuz olan əmlakımızın saxta sənədlər əsasında satan şəxslərin cəzalandırılmasını,əmlakımızın geri qaytarılmasında bizə köməklik göstərmənizi xahiş edirik.
Cənab Prezident!
Əmlakımızın sənədlər saxtakarlaşdırılaraq satılmasında birbaşa iştirak etmiş,Niyazi Vəliyevin, Əli Hüseynovun,Bərdə rayon sakini Vahid Rzayevin cəzalandırılmalarını tələb edirik. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirik ki, Prezident Administrasiyasında yüksək vəzifə tutan Tariyel Ağayev qayını oğlu, "DekaBank”ın o dövürdə rəhbəri olan Niyazi Vəliyev dəfələrlə bildirib ki, o bu saxtakarlıqla satdığı əmlakımızın pulunu qohumu Taryel Ağayevə verib.Ona 10 il,20 il həbs versələr də bunu deyəcək.
Cənab Prezidnet!
Biz sizin və ölkəmizin 1-ci vitse-prezidneti Mehriban xanım Əliyevanın humanizim dəyərlərinə söykənən yüksək ədalətinizə inanaraq,bu müraciəti edirik.Sizədən xahiş edirik ki,bizim illərdi çalışaraq əldə etdiyimiz nəyimiz var əlimzdən alınmasında iştirak etmiş,xüsusilə də yuxarıda qeyd etdiyimiz ünvada yerləşən daşınmaz əmlakımızı saxtakarlıq yolu ilə mütəşəkkil şəkildə birləşərək qanunsuz satan Niyazi Vəliyevin, Bərədə rayon sakimi,sələmçi Vidadi Rızayevin,eyni zamanda Yasamal rayonunda yerləşən 53 saylı Notariatın rəhbəri Əli Hüseynov cəzalandırılmaları üçün hüquqi addımlar atılılması üçün göztəriş verəsiniz.
Hörmətlə:
Bərdə rayon Medili kənd sakini Sadıqov Hüseyin Cümşüd oğlu,
Ağcəbədi rayonunda doğulan,Bakı şəhəri Yasamal rayon Şərifzadə küçəsi
79,mənzil 32 ünvanda yaşayan Salmanzadə Şahin Səfər oğlu
Sfera.az











