Logo

Lerikə 20 sm qar yağdı - Faktiki hava

Lerikə 20 sm qar yağdı - Faktiki hava
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, oktyabrın 3-ü gündüzdən 4-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-59, Lənkəran-Astara zonasında 22-91, Böyük Qafqazda 4-20, Mərkəzi-Aran rayonlarında 3-18, Kiçik Qafqazda 9-27, Qazax-Gəncə zonasında 2-9, Naxçıvan MR-da 3-15 mm olub.

Qar örtüyünün hündürlüyü Xınalıqda 13, Ləzədə 3, Lerik rayonunun dağlıq ərazilərində 10-20 sm təşkil edib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR