Logo

Rauf Mirqədirov barəsində qərar verilib

Rauf Mirqədirov barəsində qərar verilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Jurnalist Rauf Mirqədirovun barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb.

Bu gün Ali Məhkəmədə baş tutan prosesdə Rauf Mirqədirovun kasasiya şikayətini təmin edilməyib.

Rauf Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə jurnalistə 5 il sınaq müddəti olmaqla şərti həbs cəzası verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. O, kasasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Rauf Mirqədirov ölkəni tərk edib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR