Logo

2019-cu ilin qəbul imtahanlarında tətbiq ediləcək yeni modellə bağlı açıqlama - EKSKLÜZİV

2019-cu ilin qəbul imtahanlarında tətbiq ediləcək yeni modellə bağlı açıqlama - EKSKLÜZİV
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə qəbul imtahanlarında tətbiq ediləcək yeni modellə bağlı müəyyən qeydlərim var.

2019-cu ildə qəbul imtahanlarında tətbiq ediləcək yeni modellə bağlı Sfera.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov deyib.

2019-cu ilin qəbul imtahanlarında tətbiq ediləcək yeni modellə bağlı açıqlama - EKSKLÜZİV

Ekspert qeyd edib ki, I-IV qrup üzrə qəbul imtahanları 2 mərhələdən ibarət olacaq:

"1. Buraxılış imtahanı (Azərbaycan dili, Riyaziyyat, xarici dil), 2 - qəbul imtahanları. Birinci mərhələnin nəticəsi ilə ikinci mərhələnin nəticəsi toplanaraq birlikdə hesablanacaq. Nəticələr toplandığına görə, deməli, buraxılış imtahanları indiki kimi asan və sadə olmayacaq. Bu mərhələdə şagirdlərin bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunacaq.

2. Buraxılış və qəbul imtahanlarında olacaq fənlərin sayını hesabladıqda qruplar üzrə fənlərin ümumi sayında bərabərlik prinsipi pozulub. Belə ki, I qrup üzrə hazırlaşan abituriyentlər Azərbaycan dili, xarici dil, riyaziyyat, fizika, kimya daxil olmaqla 5 fəndən imtahan verəcəklər. II qrupda Azərbaycan dili, xarici dil, riyaziyyat, coğrafiya, tarix (Azərbaycan və Dünya tarixi) fənləri olacaq. Məktəblərdə Azərbaycan və Dünya tarixlərinin ayrı fənn kimi tədris edildiyini nəzərə alsaq, o zaman bu qrupda 6 fənn olur. III qrupda Azərbaycan dili, xarici dil, riyaziyyat, tarix (Azərbaycan və Dünya tarixi) və ədəbiyyat olacaq. Deməli, bu qrupda da 6 fənn olur. IV qrup üzrə Azərbaycan dili, xarici dil, riyaziyyat, kimya, biologiya, fizika daxil olmaqla 6 fənn olacaq.

3. Belə baxanda, I qrup üzrə 5, II-IV qruplar üzrə 6 fənn görünsə də, abituriyentlər I və II qrupda riyaziyyatdan, III qrupda isə Azərbaycan dilindən 2 dəfə imtahan verməli olacaqlar. Bu isə ədalətsizlikdir.

4. V qrup üzrə ali və orta ixtisas təhsili mərhələsinə imtahan yalnız 1 mərhələdən - buraxılış imtahanından ibarət olacaq. Bu zaman abituriyentlər yalnız Azərbaycan dili, Riyaziyyat və xarici dildən imtahan verəcəklər”.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR