Binəqədidə pulsuz çimərlik: Buyurun Siz də gəlin - VİDEO
Kateqoriya məlum deyil
Yağışın gəlməsi ilə Bakıda problemlər artıq özünü göstərməyə başlayıb: şəhər küçələri sel basıb. Buna səbəb isə paytaxtda kanalizasiya sistemlərinin bərbad vəziyyətdə olmasıdır Tanınmış bloger Mehman Hüseynov da bu problemlə bağlı maraqlı bir video hazırlayıb.
"Bura Mayami, ya İtaliya deyil" deyə başlanan videodan görünür ki, maşınlar, yarıyacan suya batıblar. Məmurların yarıtmaz işini sərt şəkildə qınayan bloger bu sözlərlə onlara müraciət edir: "Buyurun siz də gəlin, bizə qoşulun, xalqla birlikdə istirahət edin, utanmayın! İstəsəniz özünüzlə qarpız pendir də gətirin" //faktxeber.com






