Hacı Quliyev: “Hamı məni özü kimi görməlidir” – FOTO
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, İctimai Nəzarət Koalisiyası Himayadarlar Şurasının sədri, Dünya Gənclər Təşkilatlarının Azərbaycan üzrə rəhbəri, tanınmış ictimai xadim Hacı Quliyev radioda yayımlanan verlişlərin birinin qonağı olub.
Sfera.az xəbər verir ki, veriliş zamanı aparıcı Ramilə Qardaşxanqızı Hacı Quliyevə "Sizin fikirlərinizə və gördüyünüz işlərə nəzər salsaq, daha çox özündə milli-mənəvi dəyərləri əks etdirən amillərə rast gəlinir. Bununla belə sizi izləyərkən ünsiyyətdə olduğunuz insanlarla həm mövqe, həm də xarakter baxımından aranızda tərs mütənasiblik də olur. Maraqlıdır, necə olur ki, həmin şəxslərlə ünsiyyət zamanı ortaq məxrəcə gəlməyi bacarırsınız və bu ab-havanı qoruyub saxlaya bilirsiniz?”, sual ünvanlayıb.
H.Quliyev isə ictimai xadimlərin xarakterik xüsusiyyətlərini açıqlayıb və onları xarakterizə edib:
"Təbii ki, gün ərzində müxtəlif insanlarla ünsiyyətdə oluram. Hər bir insanın özünəməxsus xarakteri var. İnsanlarla ünsiyyətdə olduğum zaman öz xarakterimi ortaya qoya bilmərəm. Kimliyindən asılı olmayaraq hər hansı şəxslə ünsiyyət qururamsa, həmin şəxs məni özü kimi görməlidir. Onlar məni özü kimi görərsə, əlbəttə ki, bu, qarşılıqlı münasibətə də təsir edəcək və paylaşılacaq fikirləri, xüsusilə önə çəkiləcək problemləri rahat şəkildə ifadə edə bilməyinə təkan verəcək. Bu baxımdan mənimlə ünsiyyət onun üçün daha rahat olar və daxili aləmini, rastlaşdığı hadisələri açıb danışa bilər. Qarşılığında da mən ona müəyyən məsləhətlər verməklə yanaşı, həmçinin onu düzgün istiqamətləndirə bilərəm. Ona görə də burada müəyyən xarakterik xüsusiyyətlərimi, fərdi düşüncələrimi kənara qoymalıyam”.
Qeyd edək ki, ictimai xadim Hacı Quliyev uzun illərdir ictimai fəaliyyətlə məşğul olur. O, Azərbaycan və dünyanın bir neçə ölkəsində mədəni, sosial və başqa sahələr üzrə mülahizələr söyləyib, xüsusilə milli-mənəvi dəyərləri təbliğ edir.
Gülnarə Eynullaqızı
Sfera.az







