Türkiyənin daha üç bölgəsində Qarabağ parkı açılır
Türkiyənin Hatay, Yayladağı və Kırıkxan bölgəsində Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq.
Sfera.az xəbər verir ki, Türkiyənin Antakya bölgəsində konfrans keçirən millət vəkili Qənirə Paşayeva Yayladağı bələdiyyə başçısı Hacı Məhmət Kalkan, Kırıkxan bələdiyyə başqanı Ayhan Yavuz, Yayladağı icra nümayəndəsi ilə görüşüb.
Görüş zamanı Yayladağı və Kırıkxanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini deyən millət vəkili bələdiyyə başçıları ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Yayladağı və Kırıkhanın mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə inandığını deyib.
Onlar qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduqlarını və millət vəkilinin Yayladağı və Kırıkxanda Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək, bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyiblər.
Sfera.az






