Logo

Zakir Qaralov kollektivi ilə bayramı qeyd edir

Zakir Qaralov kollektivi ilə bayramı qeyd edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Baş Prokurorluğun kollektivi peşə bayramı günündə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Baş prokurorluqdan Sfera.az-a verilən məlumata görə, 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğunun yaradılmasının 99-ci ildönümüdür. Bu münasibətlə prokurorluq işçiləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar.

Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları Şəhidlər Xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən qəhramanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoyublar.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR