Azərbaycanın böyük avtomobil şəbəkəsində kütləvi ixtisarlar başlayıb – Holdinq bağlanır? – Özəl
Kateqoriya məlum deyil
Azərbaycanın böyük avtomobil şəbəkəsi "Nurgün Motors”da yarpaq tökümü başlayıb.
Sfera.az-ın redaksiyasına daxil olan məlumata görə, "Nurgün Motors”un Babək filialından (Nissan) 100-ə yaxın işçi çıxarılıb.
Bundan başqa, holdinqin "Renault” avtomobillərinin satıldığı filialının müdiri də işdən çıxarılıb.
Məlumatlarda o da qeyd edilib ki, iyuldan bəri işçilər maaş almır. Holdinqin bağlanıb-bağlanmayacağı barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, mövzu ilə bağlı açıqlama almağa çalışsaq da, holdinqlə əlaqə qurmaq mümkün olmadı.
QAFQAZXEBER.AZ






