Logo

Lənkəranskinin güllələndiyi avtomobil Bakıda - Foto

Lənkəranskinin güllələndiyi avtomobil Bakıda - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır.

Canıyevin Beşiktaşda qətlə yetirildiyi "Rənc Rover” markalı, 90 ND 011 dövlət nömrə nişanlı maşın bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib.

Məlumata görə, avtomobil qanuni oğrunun Bakıdakı bağ evində saxlanılır.

Xatırladaq ki, Azərbaycanlı qanuni oğru Rövşən Canıyev (Rövşən Lənkəranski) 2016-ci il avqustun 18-də Türkiyədə öldürülüb. "Rövşən Lənkəranski” kimi məşhurlaşan Rövşən Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı oteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. "Rənc Rover" markalı, 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb və qanlı hadisə nəticəsində R.Lənkəranski qətlə yetirilib. (unikalorg)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR