Logo

Lütfi Zadə dəfn edildi

Lütfi Zadə dəfn edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi başlayıb.

Sfera.az xəbər verir ki, vida mərasimi saat 12:00-dan 14:00-a qədər Milli Elmlər Akademiyasında keçiriləcək.

***

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, AMEA prezidenti Akif Əlizadə, Təhsil naziri Mikayıl Cabbarov, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və digər tanınmış şəxslər dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vida mərasimində iştirak edir.

AMEA prezidenti Akif Əlizadə çıxışında Lütfi Zadənin əldə etdiyi naliyyətlərin praktiki baxımından dünya elminə böyük səmərə verdiyini deyib.

Vida mərasimində çıxış edən Təhsil naziri Mikayıl Cabbarov qeyri-səlis məntiqin atası olan Lütfi Zadənin ömrünün son günlərində çox səlis bir qərar verərək öz vətənində dəfn olunmağı istədiyini bildirib.

Nazir Lütfi Zadənin dünya elminə misilsiz töhfələr verdiyini vurğulayıb:

Bəşəriyyətin inkişafında onun kəşfləri inqilab doğurub. Dünya elm tarixinə bir çox azərbaycanlı alimlər adını yazdırıb. Lütfi Zadə də onlardan biridir. O, elmində hər zaman bəşəriliyi əsas götürüb. Əminəm ki, bu gün Azərbaycanın orta və ali təhsil müəssisələrində yeni lütfi zadələr yetişir".

***

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə dəfn edilib.

Mərhumun cənazəsi I Fəxri xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, 2017-ci ilin sentyabrın 6-da San-Fransiskoda dünyasını dəyişən Lütfi Zadənin nəşi ötən gün gecə yarısı Bakıya gətirilib. Onun nəşini Heydər Əliyev Beynəlxalq hava limanında tanınmış akademiklər və AMEA-nın müxbir üzvləri qarşılayıb.

Bu gün səhər Heydər məscidində tanınmış alimin cənazə namazı qılınıb.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR