Bakıda 21 yaşlı gənc iki polisi döydü
Kateqoriya məlum deyil
Novruzov saxlanılaraq polis bölməsinə təhvil verilib.Bakıda 21 yaşlı gənc iki polis əməkdaşını döyüb.
Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, N.Rəfibəyli küçəsində qanunsuz reklam vərəqəsi paylayan şəxs saxlanılıb.Bu zaman o, ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün polis serjantları - 1985-ci il təvəllüdlü Rüfət Əhədova, 1990-cı il təvəllüdlü Xəyyam Məmmədova müqavimət göstərərək onları döyüb.Həmin şəxs onlara yumruq və təpiklə vuraraq xəsarət yetirib.Polisləri döyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Novruzov saxlanılaraq polis bölməsinə təhvil verilib.






