ATV-nin yeni sədri: Bu kanalın da rəhbəri mənəm
Kateqoriya məlum deyil
CBC kanalına da rəhbərliyi hələlik özüm edirəm.
Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin yeni prezidenti Azər Xəlilov deyib.
O deyib ki, ATV-də üç nəfərdən başqa ərizə yazaraq işdən çıxmaq istəyən olmayıb.
A.Xəlilov onu da qeyd edib ki, iki verilişdən ("Yoxlama” və "ATV səhər”) başqa, hansısa proqramın bağlanması barədə heç bir qərar qəbul olunmayıb: "Hazırda gərgin iş rejimi olduğundan yaxın gələcəkdə ATV üçün hansısa dəyişikliklərin edilməsi barədə danışmaq tezdir”.
Sfera.az






