Logo

ATV-nin yeni sədri vitse-prezident xəbərini təkzib etdi

ATV-nin yeni sədri vitse-prezident xəbərini təkzib etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yanlışdır.

Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında şirkətin prezidenti Azər Xəlilov deyib.

O bildirib ki, hələ heç bir rəsmi təyinat olmayıb: "Ümumiyyətlə, vitse-prezident vəzifəsini hələ ki, heç kim icra etmir. Heç bir şəxsi heç bir vəzifəyə təyin etməmişik. Hələlik yeganə göstəriş odur ki, iş davam edir".

"Təyinatlarla bağlı yayılan xəbərlər səhv, təhrif olunmuş, yanlış məlumatlardır", - deyə, A.Xəlilov əlavə edib.

Qeyd edək ki, bundan öncə APA Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yaymışdı.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR