Logo

Diqqət: bu yolda təmir başladı

Diqqət: bu yolda təmir başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində (Daş bazarı) olan yolun təmirinə start verilib.

Azəravtoyol ASC-dən Sfera.az-a verilən məlumata görə, təmir işləri Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edir. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min m2-ə yaxındır.

Sözügedən ərazidə bəzi yolların hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülüb. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

İşlərin tezliklə yekunlaşması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR