Logo

MTN generallarının təqdimatı göndərildi - Baş Prokurorluğa

MTN generallarının təqdimatı göndərildi - Baş Prokurorluğa
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib.

Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.

***

"Qafqazinfo"nun məlumatına görə, görülən bu tədbirləri artıq Akif Çovdarovun həbsinə hazırlıq kimi qiymətləndirmək olar. Belə ki, MTN cinayətlərində, iş adamlarının soyulmasında və sıxışdırılmasında əsas icraçı general-mayor Çovdarov olub. Sahibkarlar tərəfindən Prezident Adminstrasiyasına və Baş Prokurorluğa edilən şikayətlərin əsasında da məhz onun adı keçir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR