Putinin Qarabağı Əliyevə güzəştə getməsinin səbəbi - VİDEO

Putinin Qarabağı Əliyevə güzəştə getməsinin səbəbi  - VİDEO
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana baş tutmuş səfərinin detalları ilə bağlı erməni mətbuatında müxtəlif fikirlər səsləndirilir. Belə ki, Moskva rəsmi BakınınAvrasiya İttifaqına üzv olması müqabilində bir neçə rayonu Azərbaycana qaytarmaq istəyir.

ANS TV-nin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana gözlənilməz səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra iddiaların yayılmasına səbəb olub.

Ermənistanın populyar analitik portalı “Lragir” iddia edir ki, Lavrov Ermənistana Qarabağ münaqişəsinin həlli üçün gəlib və İrəvanın qarışısında Azərbaycanın xeyrinə tələblər qoyub. 

Portal yazır ki, hakimiyyətə yaxın dairələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistanı bir neçə rayonu qaytarmağa razı salmağa çalışır. Bunun əvəzində isəAzərbaycanı Avrasiya İttifaqına üzv olmağa razı salmaq niyyətindədir.

Sergey Lavrov isə erməni həmkarı ilə görüşən sonra mətbuata konfransında deyib ki, Ermənistan və Rusiya ciddi şəkildə bir-birinə arxalana bilər.

Rusiya XİN rəhbəri qeyd edib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini davam etdirməlidir.

Lavrov həmçinin Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi prosesdə fəal rol oynamağa davam edəcəyini vurğulayıb.

Politoloq Rasim Musabəyov hesab edir ki, Lavrovun səfərində əsas məqsəd Rusiyanın Ermənistanda dayaqlarını daha da gücləndirməkdir:

“Rusiya anlayır ki, torpaqların işğalı ilə bağlı status-kovunu olduğu kimi saxlamaq müharibəni qaçılmaz edir. Belə olan halda Rusiyanın özü isə çətin bir seçim qarşısında qalır. Rusiya yaxşı bilir ki, Ermənistanı diqqətdən kənar qoysa, Azərbaycan onu cəzalandıracaq. Ermənistan tərəfindən çıxış etsə, onda Rusiyanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinə çox ciddi xələl gələcək. Bu gün isə Rusiyaya bu lazım deyil”.

Rusiya mətbuatı Lavrovun Ermənistan səfərinin əsas mövzusunun Ermənistanda rus aviasiya qrupunun gücləndirilməsi və yeni zenit komplekslərinin yerləşdirilməsi barədə olduğunu da qeyd edir.

Xarici işlər nazirliyi də Sergey Lavrovun Ermənistana səfərinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdeyib ki, çox təəssüf ki, Ermənistanın dəstəyilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin sülh prosesini inhisara almaq və mövcud status-kovunu olduğu kimi saxlamağa cəhd göstərmələri barəsində hələ də güclü qənaət vardır.

OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...