Logo

MTN-in daha 4 əməkdaşı həbs edilib

MTN-in daha 4 əməkdaşı həbs edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha 4 əməkdaşı həbs edilib.

Həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır.

Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən biri Akif Əliyevdir. Həbs edilən digər 3 əməkdaşın ad və soyadlarını dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Xatırladaq ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov bir neçə gün əvvəl işindən və milli təhlükəsizlik orqanlarından xaric edilib.  //apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR