Logo

Əhəd Abıyev danışdı: "Bu cür məlumatları yayanlar..." - EKSKLÜZİV

Əhəd Abıyev danışdı: "Bu cür məlumatları yayanlar..." - EKSKLÜZİV
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yayılan xəbərə görə, Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılıb. Sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Birləşdirilmədən sonra şirkət "Aztaksi” adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə "Aztaksi” adı ilə mesajlar da göndərilir.

Əhəd Abıyev danışdı: "Bu cür məlumatları yayanlar..." - EKSKLÜZİV

Qeyd edək ki, *2424 və "Aztaksi” taksi şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edib.

Sfera.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevlə əlaqə saxlayıb.

Əhəd Abıyev danışdı: "Bu cür məlumatları yayanlar..." - EKSKLÜZİV

Ə.Abıyev Sfera.az-a açıqlamasında yayılan məlumatı təkzib edib:

"Bu məlumatı kim yayıbsa, tam yanlış yayıb. Xəbəri təkzib edirəm, mənim taksi şirkətləri ilə heç bir alış-verişim yoxdur.  Mən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısıyam. Daşkəsənlə bağlı xəbər yaysaydılar, heç olmasa inandırıcı olardı. Mənə qarşı sifarişlə yazılan yazının əsas səbəbi qərəzli mövqe sərgiləməkdir. Bu cür məlumatları yayanlar məni həzm edə bilməyənlərdir”.

Gülnarə Eynullaqızı

Sfera.az

<!-- [if !supportLineBreakNewLine] -->
<!-- [endif] -->

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR