Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Bu gün Gəncə Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəmə prosesi başlayıb.

Məhkəmədən “Qafqazinfo”ya daxil olan məlumata görə, işə hakim Əlizamin Abdullayev baxıb. Məhkəmə prosesində hazırlıq iclası keçirilib və iş məhkəmə baxışına verilib.

Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri - 1974-cü il təvəllüdlü Seymur Ağayev və 1973-cü il təvəllüdlü Ələsgər Musayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü Rövşən Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirlər.

Onların hər biri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokuorluğa göndərilib.

Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR

Məhkəmədən Ruben Vardanyan barədə YENİ QƏRAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...