Logo

Tanışını öldürməyə cəhd edən 19 yaşlı gənc hökmdən narazıdır – FOTO

Tanışını öldürməyə cəhd edən 19 yaşlı gənc hökmdən narazıdır – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Bir cinayətdir törətmişəm, buraxın, evimə gedim”.

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Fuad Rəcəbzadənin (1996-cı il təv.) CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Oxu.Az xəbər verir ki, ötən il noyabrın 4-də Fuad Rəcəbzadə aralarında yaranan mübahisə nəticəsində tanışı Rafiq Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirib və hadisə yerindən qaçıb. Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində səhərisi gün Rəcəbzadə tutulub və istintaqa təqdim edilib.

Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prosesdə son söz hüququndan istifadə edən Fuad Rəcəbzadə hakimlərdən cavanlığının nəzərə alınmasını xahiş edib:

“Hadisəni törətdiyim üçün peşmanam, amma sonrakı peşmançılıq bir fayda verməz. Bir cinayətdir törətmişəm, buraxın, evimə gedim”. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Rəcəbzadə 10 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

Məhkəmə baxışı noyabrın 12-nə təyin olunub. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR