Azərbaycanlılara 20 milyard manatdan çox məhsul satıldı

Azərbaycanlılara 20 milyard manatdan çox məhsul satıldı

2015-ci ilin yanvar-oktyabr aylarında istehlakçılara 20,4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2% çox məhsul satılıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.

DSK-nın məlumatına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10% artaraq 10 168,3 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,4% artaraq 10 224,8 milyon manata bərabər olub. 

Bundan başqa, komitədən qeyd edilib ki, cari ilin 10 ayında elektron ticarətin həcmi əvvəlki illə müqayisədə artıb:

“Cari ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 milyon manat təşkil edib. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9%-i i hüquqi şəxslərdən, 8,1%-i isə fərdi sahibkarlardan alınıb.  Elektron ticarət dövriyyəsinin 96,3%-i qeyri-ərzaq məhsullarının payına düşüb. 

2015-ci ilin yanvar-oktyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1% artaraq 841,6 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 366,7 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 474,9 milyon manat təşkil edib”. 


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...