Logo

Bakının üç küçəsi 5 günlük bağlanacaq

Bakının üç küçəsi 5 günlük bağlanacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

NİİM məlumat yaydı. Bakıda bir sıra küçələrdə yollar bağlanacaq. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bu gün saat 14:00-dan başlayaraq Nərimanov rayonunun Mayakovski, Çaykovski və Hidayətzadə küçələrində (10 saylı ünvanda, Mayakovski küçəsinin hərəkət hissəsinin eninə keçməklə, Mayakovski və Çaykovski küçələrinin hərəkət hissəsi boyu İ.Hidayətzadə küçəsinə qədər) gedən istilik xəttinin mərhələlərlə dəyişdirilməsi üçün asfalt örtüyü söküləcək.

İşin icrasının hər mərhələdə icazə verilmiş 5 iş günü ərzində başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, təmir işləri "Azəristiliktəchizat" ASC tərəfindən aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR