Logo

Ramil Usubov dövlət qeydiyyat nişanları ilə bağlı qərar verdi

Ramil Usubov dövlət qeydiyyat nişanları ilə bağlı qərar verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluqların nəqliyyat vasitələrinə verilən dövlət qeydiyyat nişanları ilə bağlı yeni qaydalar müəyyənləşib.

Trend xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun verdiyi qərara görə, qaydalara əsasən, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək.

Həmçinin diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə “T” seriyası üzrə dövlət qeydiyyat nişanı və fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR