Logo

Mikayıl Cabbarova yeni vəzifə veriləcək

Mikayıl Cabbarova yeni vəzifə veriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.

Sfera.az xəbər verir ki, bu barədə Report qurumun I vitse-prezidenti Yaşar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Milli Olimpiya Komitəsində baş tutacaq tədbir saat 15:00-da start götürəcək. Konfransda prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovun federasiyanın rəhbəri seçiləcəyi gözlənilir.

M.Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Qeyd edək ki, bu, AQF-nin son bir ayda baş tutan ikinci hesabat-seçki konfransıdır. Avqustun 17-də keçirilmiş toplantıda Nazim İbrahimov yekdilliklə yenidən federasiya prezidenti seçilmişdi.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR