Logo

Sərxoş sürücüd\n DİN-ə müraciət: "Maşınım oğurlanıb"

Sərxoş sürücüd\n DİN-ə müraciət: "Maşınım oğurlanıb"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avtomobilini harada saxladığını unudan sərxoş sürücü polislərə maşınının qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, avtomobilinin qaçırılması barədə polisə məlumat vermiş şəxs sərxoş olduğu üçün avtomobili saxladığı yeri unudub.

Sentyabrın 17-də Bakı şəhər sakini Asif Abdullayev DİN-in "102” Zəng Mərkəzinə Bakıxanov qəsəbəsi ərazisindən "Mersedes” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.

Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb. İzahatında A.Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu və buna görə qaçırıldığını düşündüyünü bildirib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR