Logo

WhatsApp rekord vurur

WhatsApp rekord vurur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

WhatsApp yazışma tətbiqi istifadəçi sayını rekord həddə - 1 milyarda çatdırıb.

Bu barədə WhatsApp mesajlaşma xidmətinə sahib olan "Facebook" şirkətindən

məlumat verilib. WhatsApp istifadəçilərinin sayı ay ərzində 800 milyon nəfər

tərəfindən istifadə edilən "Facebook Messenger"i ötüb.

Sfera.az musavat.com-a istinadən bildirir ki, şirkətin son hesablamalarına görə, 

"WhatsApp" vasitəsilə gün ərzində 42 milyard ismarış, 250 milyon videomesaj

göndərilir. 2014-cü ilin fevralında isə tarixin ən böyük alğı-satqısı baş tutub.

Hələ o zaman 450 milyon istifadəçisi olan WhatsAppı "Facebook" şirkəti

19 milyard dollara satın alıb. Bundan əvvəl 2012-ci ildə "Facebook" 1 milyard

dollar ödəyərək İnstargam sosial şəbəkəsini satın alıb.

WhatsApp smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını,

təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Mesaj sistemini yaratmış

şirkətin əsası 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən qoyulub. Şirkətin

mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR