Logo

DİM buraxılış imtahanının nəticələrini - Açıqladı

DİM buraxılış imtahanının nəticələrini - Açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 16-da keçirilən əlavə imtahanların nəticələrini elan edib.

Sfera.az xəbər verir ki, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə və ya iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Şagirdlər Apellyasiya Komissiyasına sentyabrın 19-da saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apellyasiya Komissiyası DİM-in Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında fəaliyyət göstərəcək.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR