Logo

1 dollar 1 manat 50 qəpik olacaq: NÖVBƏTİ DEVALVASİYA

1 dollar 1 manat 50 qəpik olacaq: NÖVBƏTİ DEVALVASİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Mərkəzi Bankı manatın dollara hazırkı nisbətini qorurumaqda çətinliklərlə üzləşib. Bu səbəbdən də yaxın günlərdə 1 ABŞ dollarının 1 manat 50 qəpiyə qədər bahalaşacağı gözlənilir.

Sfera.az savash.org-a istinadən xəbər verir ki, son günlər dolların cüzi də olsa bahalaşması müşahidə olunur. Belə ki, Azərbaycanda artıq dollar 1,051 manat həddinə kimi bahalaşıb. Bu cüzi bahalaşma isə vətəndaşlarda gərginlik yaranıb və hamı yeni devalvasiyanın baş verəcəyindən ehtiyyatlanır. Əldə etdiyimiz məlumatlar isə bu əndişənin heç də əsassız olmadığını təsdiqləyir.

Xatırladaq ki, Azərbaycan büdcəsinə daxil olan neft gəlirlərinin azalması, büdcə daxilolmalarındakı problemlər manatın dollara nisbətən dayanıqlılığını təmin etməkdə problemlər yaradır. Əslində təbii isqisadi prosesləri nəzərə alsaq manatın ucuzlaşması çoxdan baş verməliydi. Amma Azərbaycan hökumətinin manata “süni nəfəs” verməsi prosesi bir qədər tormozlayıb. İndi isə növbəti dollar bahalaşmasının qarşısını heç nə ilə almaq mümkün deyil və yaxın gələcəkdə 1 ABŞ dolları təxminən 1 manat 50 qəpiyə təklif olunacaq.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR