Logo

Ukraynada satıcı rusca danışdığından polis çağırılıb

Ukraynada satıcı rusca danışdığından polis çağırılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın Vışqorod rayonunda "EKO Market" mağazasının müştərisi satıcı qızlardan biri onunla rus dilində danışması səbəbindən polis çağırıb. Alıcı özü bu barədə Facebook səhifəsində bildirib.

Alıcı kişi O, Dövlət dilində xidmət göstərilməsini tələb etsə də onunla Ukrayna dilində danışmaq istəməyən  ticarət şəbəkələrinin əməkdaşlarından vaxtaşırı şikayətlər yazdığını da söyləyir: "Amma mənimlə bu yaxınlarda yaşanan qalmaqal hər şeyi üstələdi. Belə qanqaraldıcı hal hələ olmamışdı", - deyə istifadəçi Oleh Oleg niki ilə sosial şəbəkədə yazır.

"Kassir mənə xarici dildə suallar verməyə  başladı, mən ukrayna dilində danışmağı tələb etsəm də, o bunu rədd etdi. Mən bildirirəm ki, xidmət ukrayna dilində olmalıdır və xidmətçi Ukrayna qanunlarını pozur. Kassir həyasızcasına deyir: "Mən ukrayna dilini başa düşmürəm. Və ümumiyyətlə, mən rusam"", - deyə narazı müştəri sözünə davam edir.

"EKO Market" mağazasınnın administratoru müştəriyə şikayət kitabını verməkdən imtina edərək ondan növbəni pozmamasını xahiş edib. Buna cavab olaraq alıcı mağazaya polis çağırıb. Narazı alıcıya şöbəyə getmək təklif edilib. O isə hüquq pozuntusunun qeydiyyata alınmasını tələb edib.

"Hər halda şikayətimi yerindəcə qəbul etdilər. Hadisələrin gedişini diqqətlə müşahidə edəcəyəm. "EKO Market" şəbəkəsi tərəfindən rəsmi cavab almaq istərdim ki, ümumiyyətlə, ukrayna dilinı belə alçaltmaqi olarmı?", - deyə istifadəçi Facebook səhifəsində yazıb.

Bir müddət əvvəl Ukraynanın qanunverici orqanı Ali Radada ukrayna dilinə xüsusi status verən "Dövlət dili Haqqında" qanun qəbul edilib. Nəzərdə tutulur ki, dövlət dili dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə, tibb və təhsil müəssisələri, eləcə də bütün məktəblər üçün məcburidir.

Qeyd edək ki, bu yaxınlarda Ukrayna parlamentinin qəbul etdiyi "Təhsil Haqqında" qanun milli azlıqların dilindən istifadə olunmasına sərt məhdudiyyətlər müəyyən edib. Macarıstan və Rumıniya dövlətləri bunu ayrı-seçkilik saydılar, Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, bu qanun Ukrayna konstitusiyasını pozur və Kiyevin qəbul etdiyi beynəlxalq öhdəliklərə ziddir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR