Logo

Bu ölkə 50 ildə necə dəyişdi? - Fotolar

Bu ölkə 50 ildə necə dəyişdi? - Fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Əfqanıstan deyilən zaman çox insanın ağlına kasıb, geridə qalmış bir ölkə gəlir. Ancaq 1950-60-ci illərin fotolarına baxdıqda bu ölkənin həm siyasi, həm də sosial yönlərdən bir çox inkişaf etmiş ölkələrlə eyni, hətta bəzilərindən daha irəlidə olduğunu görə bilərik.

Kabildə anadan olan prof. Dr. Məhəmməd Humayun Kayyuminin xarici mediada işıqlandırdığı foto albomunundan XX əsrin ortalarında əfqan qadınlarının sosial həyatda mühim rol oynadığı aydın olur. “Qafqazinfo” həmin fotolardan bəzilərini sizə təqdim edir:

Bu ölkə 50 ildə necə dəyişdi? - Fotolar

Kabil Universitetinin biologiya fakültəsində çəkilən bu fotoda qadınların kişilərlə birlikdə dərsə girdiyi və çarşabsız olduqları görünür. Hazırda isə Əfqanıstanda qızlar və oğlanlar ayrı məktəblərə göndərilməklə yanaşı qızların oxumasına qarşı çıxanlar da az deyil.

Bu ölkə 50 ildə necə dəyişdi? - Fotolar

Xəstəxanada tibb bacısı gənc analara uşaq baxımı ilə əlaqədar olaraq məsləhətlərini verir. Həmin illərdə xəstəxanalarda körpələrin hər birinə xüsusi diqqət ayrılırdı. İndi isə xəstəxanaların vəziyyəti heç də yaxşı deyil, doğum zamanı bir kuvözə 2 və daha artıq uşaq qoyulur, doğulan 4 uşaqdan biri 5 yaşına çatmamış həyatını itirir.

Bu ölkə 50 ildə necə dəyişdi? - Fotolar

60-70-ci illlərdə hər kənddə bir xəstəxana olduğu təqdirdə, bu gün həkimlərin həyati təhlükəsi baxımından səhiyyə xidməti sadəcə böyük şəhərlərdə göstərilir. Çünki dövlət üçün çalışan həkimlər çox vaxt hücum hədəfi olur.

Bu ölkə 50 ildə necə dəyişdi? - Fotolar

Yüzlərlə əfqan təbiət kəşfiyyat qruplarında yer alırdı. Sovet işğalından sonra bu birliklər tamam qaldırılıb.

Bu ölkə 50 ildə necə dəyişdi? - Fotolar

O zamanlarda analar övladlarını rahat bir şəkildə gəzməyə, parklara apara bilirdi. Bu gün isə Kabil parklarında bu səhnəni görmək qeyri-mümkündür. Analar uşaqlarının həyətyanı sahələrdə, parklarda dolaşması, oynaması güvənli hesab etmir.

O zamankı və bugünkü əfqan qadınının görünüşü

Bu ölkə 50 ildə necə dəyişdi? - Fotolar

Son olaraq günümüzdə boz rəngə boyanan Əfqanıstan 50-70-ci illərin rəngli fotolarında:Bu

(qafqazinfo.az)
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR