Logo

Gənc Jurnalistlər Klubu təsis edildi – Saziş

Gənc Jurnalistlər Klubu təsis edildi – Saziş
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi arasında Niyyət sazişi imzalanıb.

Sfera.az xəbər verir ki, Jurnalistika fakültəsində keçirilən tədbirdə Bilik Fondunun əməkdaşları, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Niyyət sazişinə əsasən, artıq müəllimlər və tələbələr Fondun həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Bilik Günü Bilik Fondunun struktur bölməsi ilə belə bir sənədin imzalanması fakültə üçün yeni imkanlar açacaq. İmzalanan sazişlə tərəflər Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist hazırlığı istiqamətində birgə fəaliyyət göstərəcək. Eyni zamanda tələbələrin tanınmış jurnalistlərlə görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi yönündə əməkdaşlıq ediləcək.

Sazişin tələbələr üçün maraqlı tərəfi fakültədə "Gənc jurnalistlər” Klubunun təsis edilməsidir.

Sfera.az

Gənc Jurnalistlər Klubu təsis edildi – Saziş
Gənc Jurnalistlər Klubu təsis edildi – Saziş
Gənc Jurnalistlər Klubu təsis edildi – Saziş
Gənc Jurnalistlər Klubu təsis edildi – Saziş
Gənc Jurnalistlər Klubu təsis edildi – Saziş

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR