Logo

Tofiq Zülfüqarov piyadanın ölümünə səbəb oldu – Qəza

Tofiq Zülfüqarov piyadanın ölümünə səbəb oldu – Qəza
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi "Mersedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi "Ford” markalı yük maşınının keçdiyi məlum olub.

Polis faktla bağlı araşdırma aparır.

Məsələ ilə bağlı T.Zülfüqarovdan münasibət öyrənmək mümkün olmayıb. (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR