Logo

Bakıda binanın girişində meyit tapılıb

Bakıda binanın girişində meyit tapılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində kişi meyiti tapılıb.

Qəsəbənin "D” yaşayış sahəsinin sakini, 60 yaşlı Sabir Səmədovun meyiti bu gün səhər saatlarında yaşadığı 13 saylı binanın blokunda aşkarlanıb.

Dərhal bu barədə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verilib. Qonşular mərhumun tüfeyli həyat keçirdiyini, həmişə içkili vəziyyətdə olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, S.Səmədovun oğlu Rauf Səmədov 2009-cu il oktyabrın 2-də özünü yaşadığı evin 9-cu mərtəbəsindən ataraq intihar etmişdi. (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR