Aşıq Ədalət dəfn olundu - Video
Kateqoriya məlum deyil
Dünən vəfat edən Əməkdar İncəsənət xadimi Aşıq Ədalət Nəsibov doğulduğu Qazax rayonunda dəfn olunub.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, Qazaxda yaşayan gənc şair Taleh Mansurun verdiyi məlumata görə, Mədəniyyət Evində keçirilən vida mərasimindən sonra aşığın cənazəsi Ağköynək kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb.
Mərasimdə Aşıq Ədalətin ailə üzvləri, yaxınları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi və başqaları iştirak edib.






