Logo

Səudiyyə Ərəbistanındakı müəmmalı ruh şəhər - FOTOLAR

Səudiyyə Ərəbistanındakı müəmmalı ruh şəhər - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Səudiyyə Ərəbistanı ərazisində yerləşən ən qədim məskənlərdən biri olan əl-Ula şəhəri böyük oazisin mərkəzində yerləşir, şərqdən və qərbdən dağlarla əhatə olunub.

Таинственный

Əl-Ula şəhəri e.ə VI əsrdən adıçəkilən regionda ən qədim krallıq olan Dedanın başlıca şəhəri kimi tanınıb.

Таинственный

Dedan krallığının yerində e.ə I əsrin sonuna qədər mövcud olmuş Liyan krallığı yaranıb. Daha sonra region mərkəzi Nəbatilər dövlətinin ikinci şəhəri olan Hicrədə yerləşib.

Əl-Ulanın VII əsrdə dirçəlişi xilafətlə əlaqədardır.

Таинственный

Məhəmməd peyğəmbər (s) burada olub və şəhərdəki ilk məscidin əsasını qoyub.

Şəhər əlverişli mövqeyi səbəbilə kommersiya mərkəzi kimi inkişaf edib, XIII əsrdə isə müasir dövrə qədər çiçəklənən köhnə şəhər yenidən qurulub.

Таинственный

Əl-Ula o zamanın ən böyük müsəlman məskənlərindən biri olub. Sonuncu sakinlərinin 1983-cü ildə tərk etdiyi köhnə şəhər bu gün köhnə ərəb şəhərinin dövrümüzə qədər gəlib çatmış azsaylı nümunələrindəndir.(salamnews)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR